Rusiya hüquq mühafizə orqanlarının əməkdaşları Boris Nemtsovun qatilinin fotorobotunu hazırlayıb. Fotorobot qətliт şahidləri – siyasətçinin rəfiqəsi Anna Duritskaya və yoldan keçən Viktor M. adlı şəxsin ifadələri əsasında hazırlanıb.
Məlumata əsasən, qətli törətməkdə şübhəli bilinən kişinin boyu 170-175 santimetrdi, adi bədən quruluşludu, qara qısa saçları var. Cinayət törədilən zaman əynində göy rəngli cins şalvar və qəhvəyi rəngli sviter olub.
Viktor M. qatili daha yaxşı yadda saxlayıb. O qətl törədilən zaman Nemtsovdan 80 metr aralıda olub.
Həmçinin polis qatilin qaçdığı avtomobili də müəyyənləşdirib. Bu Osetiya nömrəsi olan VAZ-21102 markalı maşındır. Bir qədər əvvəl avtomobilin tapıldığı deyilsə də, sonradan bunun səhv məlumat olduğu məlum oldu.
azadlıq.info