Gündəmin baş qonularından biri ANA TORPAĞINI ziyarət etməkdə suçlanaraq dustaq edilən Dilqəm Əsgərovla Şahbaz Quliyevin girovluqdan azad edilməsi vaxtıdır. Hökumətin bu yöndə imitasiya xarakterli çıxışları gözə kül üfürməkdən başqa bir şey deyil. Meyit, girov dəyişməkdə utalaşan iqtidarın heç nə olmamış kimi susqunluğu, uluslararası məhkəmələrlə girovların yaxınlarına “təskinlik vermələri” 5 il qabaq olduğu kimi parlament seçkilərinə hesablanıb.
…Milli Qəhraman Mübariz Ibrahimovun da ruhsuz bədənini düz seçki günü – 7 noyabr 2010-cu ildə “qardaş” Rusiya YAP iqtidarına “hədiyyə” etdi. Indi də seçki günü işğalçı “qardaşımız” iqtidara növbəti seçki dəstəyini verəcək. Yoxsa, Rusiyanın əlində iki girovu qaytarmaq nə çətin işdir ki?
Seçkiyə nə qaldı ki? 7 ay. Gözümüzü açıb yumunca gəlib keçəcək və girovlarımız azadlığa qovuşub iqtidara qurban olacaqlar: “Allah bizim ömrümüzdən kəssin!”
Allah kəssin belə seçkiləri, belə girov, şəhid, qan bazarını!
M.Ağsu