Fransa prezidenti Fransua Olland, iki gün əvvəl Suriyaya gedən və prezident Bəşər Əsədlə görüşən millət vəkili və senatorları sərt dillə qınayıb. Filippində rəsmi səfərdə olan Olland, burada təşkil etdiyi mətbuat konfransında bunları deyib: "Bu təşəbbüsü qınayıram. Çünki bu parlamentarlar, təxminən 200 min vətəndaşının ölümünə səbəb olan bir tiranla görüşüb. Öz xalqını bombalayan, onlara qarşı kimyəvi silah istifadə edən, günahsız qadın və uşaqların ölümünə səbəb olan bir diktatorla görüşdükləri üçün bu parlamentarları qınayıram. Olland, Fransanın heç zaman bu qanlı diktatorla dialoqa getməyəcəyini də bildirib.
azadliq.info