Fevralın 1-də Sankt-Peterburqdakı “Qurman” kafesində atışma olub, nəticədə iki nəfər aldığı güllə yarasından ölüb. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, münaqişəyə səbəb söz atışması olub. Məlumatda qeyd edilir ki, şəxsi münasibətlər zəminində yaranan münaqişədə kafenin direktoru, Azərbaycan, Gürcüstan vətəndaşları, eləcə də digər şəxslər iştirak ediblər. Ölənlərdən biri kafenin sahibi, digəri Gürcüstan vətəndaşıdır.
Hazırda insident iştirakçılarının şəxsiyyətləri araşdırılır.