Honkonqda üç mindən artıq adam etiraz aksiyasına çıxıb. Baxmayaraq ki, 50 mindən artıq adamın küçəyə çıxacağı gözlənilirdi. Bu, 2014-ci ilin sonlarında keçirilən iri aksiyalardan sonra ilk belə hadisədir.
Aksiya iştirakçılarının tələbləri dəyişməyib və onlar yenə də demokratik seçki tələb edir. Təşkilatçılar aksiyanın dinc şəraitdə keçəcəyini vəd edib.
Etirazçılar əllərində ötən ilin sonlarında keçirilən Occupy Central aksiyasının simvolu olan sarı çətir tutub.
azadlıq.info