Yanvarın 30-da Ukraynada münaqişənin həllinə dair Minskdə nəzərdə tutulan görüş baş tutmayıb. Separatçı qurumların nümayəndələri Ukrayna tərəfinin danışıqlardan imtina etdiyinə dair məlumat aldıqlarını deyiblər. Kiyev təmsilçiləri isə bildirib ki, onlar Minskdə separatçılar tərəfindən sentyabrda sənəd imzalayan şəxsləri görmək niyyətindədirlər.
Separatçı Luqansk və Donetsk respublikalarının nümayəndələri görüşə münaqişənin həllinə dair sənədlə gəldiklərini bildiriblər.
azadlıq.info