Rusiyanın paytaxtı Moskvada Elmlər Akademiyasının İctimai Elmlərə dair Elmi İnformasiya İnstitutunun kitabxanasında güclü yanğın olub. Yanğın yerli vaxtla təxminən saat 22:00-da başlayıb. Binanın damının min kvadrat metr sahəsinin uçduğu qeyd olunur. Yanğın 1,5 min kv.m sahəni əhatə edib.
Kitabxanada 14,2 milyon qədim və müasir nəşrlər, o cümlədən XVI-XX əsrlərə aid nadir nüsxələr saxlanılır.
azadlıq.info