“Levada” sorğu mərkəzi Rusiya vətəndaşlarını daha çox qayğılandırıan, gündəmində olan məqamları müəyyən etmək üçün ölkənin 136 bölgəsində 1600 adamın qatıldığı sorğu reallaşdırıb. “Levada” mərkəzinin keçirdiyi sorğuya əsasən, Rusiya vətəndaşlarını daha çox Ukraynada davam edən qarşıdurmalar və rublun qiymət itirməsi qayğılandırır. Bir neçə alternativ seçim imkanı olan anketin nəticələrinə görə, rəyi soruşulanların 66 faizini Ukraynada davam edən müharibə, 42 fizini rublun qiymətdən düşməsi qayğılandırdığı halda, rəyi soruşulanların 28 faizini Ukraynaya göndərilən humanitar yardımlar, 16 faizini isə Rusiyanın Qərb ölkələrindən ərzaq idxalını dayandırması maraqlandırdığı məlum olub.
azadliq.info