Daşınmaz əmlakın qeydiyyatı məsələsi ASAN xidmətə verilməlidir”
Moderator.az xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət komitəsinin iclasında “Daşınmaz əmlakın dövlət reysteri haqqında” və “Mənzil fondunun özəlləşdirilməsi haqqında” qanunların müzakirəsi zamanı millət vəkilləri bu sahədə ciddi boşluqların olduğunu dilə gətirdilər.
Millət vəkili Vahid Əhmədov bildirdi ki, Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən vətəndaş 12 metrədək ev tikərkən yerli icra hakimiyyətindən hər hansı rəsmi icazənin olmasına ehtiyac yoxdur:
“Ev tikən şəxs yerli icra hakimiyyətini məlumatlandrımaqla tikinti işlərini apara bilər. Amma yerlərdə qanunun bu tələblərinə riayət olunmur. Yerlərdə icra hakimiyyətlərinin icazəsi olmadan hər hansı tikinti işləri aparmaq olmur və buna imkan verilmir ki, bu da Tikinti Məcəlləsinin tələblərinin kobud surətdə pozulması deməkdir. Bu faktdır və kimsə bunu dana bilməz.”
Millət vəkili eyni zamanda daşınmaz əmlakın qeydiyyatı məsələsini ASAN xidmətə verilməsini təklif etdi.