ABŞ texnologiya nəhəngi Apple rüb ərzində ən böyük gəlir əldə edən ictimai şirkətdir. Apple iqtisadi ilin birinci rübündə gəlirlərinin 18 milyard dollar (14,1 milyard AZN) olduğunu bəyan edib. Bu, ExxonMobil şirkətinin 2012-ci ilin ikinci rübündə bəyan etdiyi 15,9 milyard dolları üstələyib, Standard and Poor’s məlumat verir.
Artım iPhone mobil telefonlarının görünməmiş satış rəqəmlərinə görədir.
Dekabrın 27-dək üç ay ərzində Apple 74,5 iPhone satıb. Bu, əksər təhlilçilərin gözləntilərindən qat-qat çoxdur.
Buna baxmayaraq 2014-cü ildə iPad planşet kompüterlərinin satışı 2013-cü ilə nisbətən 18 faiz azalıb.
Apple müxtəlif iPhone modelləri üçün ayrı-ayrı satış rəqəmlərini açıqlamayıb.