ABŞ prezidenti Barak Obama Almaniya kansleri Angela Merkelle telefonla danışıb. Liderlər danışığı zamanı əsasən Ukryanadakı son durumu müzakirə ediblər. Obama və Merkel, baş verənlərə görə Rusiyanın məsuliyyət daşıdığını bəyan ediblər. Liderlər iqtisadi inkişaf və rifah üçün islahatların davam etdirilməsi üçün Ukraynaya maliyyə dəstəyinin artırılmasını, bu istiqamətdə güclü bir paketin hazırlanmasının əhəmiyyətli olduğunu da razılaşıblar.
azadliq.info