Ukraynalı millət vəkili Dmitri Linko, Strazburqda Rusiya Kommunist Partiyasının sədri Gennadi Zyuqanov və onun birinci müavini İvan Melnikova hücum edərək üzərlərinə qırmızı boya töküb. Ukraynalı millət vəkili hücumun səbəblərini açıqlayıb. Hücum anında çəkilən fotoşəkilləri özünə məxsus “facebook” səhifəsində paylaşan deputat Zyuqanovun burnunu dağıtdığını da yazıb. AŞPA-nın iclasına qatılan Zyuganov və Melnikov da binanın çıxışında hücuma məruz qaldıqlarını təsdiqləyiblər. Rus parlamentarilər təhlükəsizlik tədbirlərinin qeyri-kafi olmasından şikayətləniblər.Rusiya Dumasının alt qanadı bundan sonra AŞPA-nın iclaslarına idmançı deputatlar göndərəcəklərini açıqlayıb.
azadliq.info