Yunanıstanda bazar günü keçirilən seçkilərdə qalib gələn Syriza Partiyasının lideri Alexis Tripras, öz kabinetini qurub. Tripras tərəfindən qurulan kabinetdə görmə qəbiliyyətini itirmiş bir nazir də təmsil olunacaq.Panagiotis Korumblis ölkənin ilk görmə qabiliyyəti olmayan naziri olaraq tarixə düşəcək. Yunanistan mediasının verdiyi məlumata görə, ailəsi Osmanlı dövründə Qara dəniz sahillərindən Yunanıstana köçən 63 yaşlı yeni nazir, görmə qabiliyyətini 10 yaşında, ikinci dünya müharibəsi dövründən qalan bir bombanın partlaması nəticəsində itirib.
azadliq.info