ABŞ dövlət katibi Con Kerri Rusiyanı separatçılara dəstəyi dərhal dayandırmağa çağırıb. Əks halda Moskvaya təzyiq sərtləşdiriləcək.
Bu barədə ABŞ dövlət departametinin Mariupolda ötən gün baş verənlərlə bağlı yaydığı bəyanatında deyilir.
«Rusiyanı separatçılara dəstəyi dərhal dayandırmağa, Ukrayna ilə sərhəddi bağlamağa, yaraqlıları və silahları ordan çıxarmağa, maliyyə dəstəyini dayandırmağa çağırırıq. Əks halda ABŞ-nı və beynəlxalq ictimaiyyətin Rusiyaya və tərəfdarlarına qarşı təzyiqləri artacaq», – deyə bəyanatda qeyd olunur.
azadlıq.info