Üç gün öncə Alman Federal Prokurorluğu 3 türk vətəndaşının həbs olunanması haqda məlumat yaymışdı. Məlumatda, onların Milli İstihparat Təşkilatı (MİT) ilə əməkdaşlığda şübhəli bilinərək saxlanıldıgı bildirilirdi.
Almaniyanın nüfuzlu “Bild” qəzetində bu gün dərc olunan məqalədə isə, tutulanlar arasında olan Məhəmməd Taha G. adlı şəxsin AKP-də vəzifə tutduğu, eyni zamanda Prezident Ərdaoğanın yaxın çevrəsinə aid olduğu iddia edilir. Xəbərə münasibət bildirən Federal Millət vəkili Stephan Mayer, hadisəni Ərdoğanın Avropa Birliyi-Türkiyə yaxınlaşmanı riskə atmaq cəhdi kimi dəyərləndirib. O, Türkiyə səfirliyinin Alman Xarici işlər nazirliyinə çağırılmasının vacib olduğunu da qeyd edib.