Əsabil Qasımov iki otel tikdirir
Deputat Əsabil Qasımov otel biznesinə başlayır. Bu barədə redaksiyamıza daxil olan məlumatda deyilir ki, Əsabəli Qasımov hazırda iki otel tikdirir.
Onlardan biri 28 may metrostansiyasının, digəri isə Dəniz Vağzalının yaxınlığında inşa olunur. Məlumata görə, otellərdən biri “Marina” adı altında fəaliyyət göstərir. Otellərin tikintisi artıq başa çatmaq üzrədir. Bildirilir ki, hər iki otel Əsabil Qasımova məxsus “Karat Holdinq”in tərkibinə daxildir.