Azərbaycanda küləklər səmtini dəyişəndə…
ABŞ-ın gəlir əldə etməyi nəzərdə tutmayan Beynəlxalq Araşdırma və Mübadilə Şurası – IREX (International Research and Exchange Board) keçmiş sovet ölkəsi olan Azərbaycanda 16 il elmi mübadiləyə və müstəqil medianın inkişafına xidmət edib. Lakin bu günlərÿbeynəlxalq media müdafiəçiləri üçün Azərbaycanda işləmək asan deyil. Ölkə yerli və xarici vətəndaş cəmiyyəti qruplarını məngənə kimi sıxır və ifadə azadlığının meydanı getdikcə daralır.
IREX Azərbaycanda səmtini dəyişən siyasi küləkləri bu yayın əvvəllərindən hiss etməyə başlamışdı. O vaxt hökumətyönlü qəzetlərdən biri təşkilatı ölkədə mümkün inqilabı maliyyələşdirməkdə ittiham etmişdi.
IREX bildirir ki, o vaxtdan bəri Azərbaycan mediasının və təhlükəsizlik xidmətinin hədəfinə çevrilib: iyul ayında bank hesabı dondurulub. Sentyabrda isəÿyerli və xarici QHT-lərə qarşı cinayət təhqiqatı çərçivəsində IREX-in dəÿBakı ofisinəÿreyd keçirilib.
Nəhayət IREX-inÿVaşinqton ofisi bu il oktyabrın 8-də qərara gəldi ki, Azərbaycandaÿ 1998-ci ildən başlamış fəaliyyətinə son qoysun: “Bu qapanış qərarını qəbul etmək IREX üçün asan olmayıb, baxmayaraq ki, bu hadisə bizim üçün gözlənilməz də deyildi. Biz hər hansı bir yerdə müstəqil media layihəsi üzərində işləyəndə, hökumətlər bizi təhlükə şəklində görürlər”-ÿdeyir IREX-in direktor müavini və Media Dayanıqlılığı Indeksinin (Media Sustainability Index) menecer redaktoru Leon Morse.
IREX-i bağlayan təkcə Azərbaycan deyil…
Son bir neçə ildə IREX təkcə Azərbaycanda bağlanmayıb. Bundan bir qədər əvvəl keçmiş sovet respublikalarından Belarus və Özbəkistanda da belə addım atmağa məcbur olub.
Avtoritar düşüncəli hökumətlər və ya hətta söz azadlığının qaydalarını hakimiyyətdə qala bilmələri naminə öz xeyirlərinə dəyişməyə can atan hökumətlər bütün tərəfləri bərabər və ədalətli araşdıran mediaya təhlükə mənbəyi kimi baxırlar.
Morsenin fikrincə, bu meylin arxasında hökumətlərin müstəqil medianı dəstəkləyən layihələrə “məkan vermək istəməməsi” dayanır. Onlar ölkə daxilində baş verənlərin və siyasətin obyektiv və bərabərhüquqlu media tərəfindən işıqlandırlmasından qorxurlar.
“Avtoritar düşüncəli hökumətlər və ya hətta söz azadlığının qaydalarını hakimiyyətdə qala bilmələri naminə öz xeyirlərinə dəyişməyə can atan hökumətlər bütün tərəfləri bərabər və ədalətli araşdıran mediaya təhlükə mənbəyi kimi baxırlar”- deyir Morse.
IREX necə yaranmışdı?
IREX-in dünya boyunca elmi mübadilə və medianın inkişafı sahəsində proqramlarının uzun tarixi var. Əslində təşkilatın yaradılması 1958-ci ildə qaldırılmış bir təşəbbüsdən qaynaqlanır. O vaxt iki rəhbər – ABŞ prezidenti Eyzenhauer və SSRI Nazirlər Kabinetinin sədri Nikita Xruşşov ölkələri arasında elm və təhsil mübadiləsinə dair sənəd imzalamışdılar.
IREX-ə sələf olan təşkilat 1968-ci ildə formalaşıb və o vaxtdan bəri Sovet Ittifaqı və Şərqi Avropa ilə mübadilə fəaliyyətinə başlanıb.
1991-ci ildə SSRI-nin çökməsindən sonra IREX Azərbaycan da daxil olmaqla, yeni müstəqil ölkələrdə keyfiyyətli jurnalisitikaÿvə müstəqil mətbuatın inkişafını dəstəkləməyə başlayıb.
Yardım pulundan vergi tutmaq cəhdi…
Bu gün bir çox postsovet ölkələrində – Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Moldova və Ukraynada IREX-in ofisləri fəaliyyətlərini davam etdirir.
Morse deyir ki, Azərbaycanda hökumətin IREX-ə təzyiqləri yayğın idi: rəsmilər təşkilata əvvəlcə bildirmişdilər ki, onu vergidən yayınma cinayəti iddiası ilə araşdırırlar.
Onun sözlərinə görə, halbuki IREX iki ölkə arasında bağlanmış ikitərəfli razılaşmaya əsasən Azərbaycanda vergidən azad idi. Onun bütün əməliyyatları ABŞ-ın USAID yardım təşkilatı tərəfindən maliyyələşdirilirdi:
– Biz yalnız USAID tərəfindən maliyyələşdirilən layihələri həyata keçirirdik və belə düşünürdük ki, yardım pulu vergiyə məruz qalmamalıdır.
Əlbəttə, heç kəs kamil deyil. Lakin demokratik ideya, demokratiyanın məqsədi ABŞ-ın etdiyi səhvlərə görə iflasa uğramır.
Morsenin sözlərinə görə, elə həmin aradaÿIREXÿadının başqa bir cinayət işində hallandığından da xəbər tutub.
IREX Azərbaycanda təzyiqə məruz qalan yeganə xarici QHT deyil. Azərbaycan rəsmilərinin çoxdandır ki, şübhə ilə yanaşdıqları başqa Qərb QHT-ləri də ölkəni tərk etmələri üçün təzyiqlərə məruz qalır.
Iyulun əvvəllərində ABŞ-ın demokratik inkişafı dəstəkləyən Milli Demokratiya Institutunun (National Democratic Institute) Bakıda 1995-ci ildən fəaliyyət göstərən ofisi bağlanıb. Transparency International, “Açıq Cəmiyyət” Institutu (Open Society Foundation) və lap bu yaxınlarda Amerika hökumətinin Amerikanın bütün dünyada xoş məram və zərif qüvvəsini təbliğ edən Sülh Korpusu da eyniÿtaleyi yaşayıb.
SPY-REX nə deməkdir?
Azərbaycanın QHT-ləri bağlamaq qərarı Bakı ilə Vaşinqton arasında onsuz da çətin münasibətləri daha da gərginləşdirib. Prezident Barak Obama sentyabrın 23-də Nyu Yorkda etdiyi çıxışında ÿdeyib ki,ÿ Azərbaycanda QHT-lərin fəaliyyətinə inanılmaz əngəllər yaradılır.ÿ
Müəllifin əlaqə yaratmağa çalışdığı Azərbaycan rəsmiləri IREX və başqa beynəlxalq QHT-lərin üzləşdikləri təzyiqlər barədə şərh verməkdən imtina ediblər. IREX barədə rəyi soruşulan bir keçmiş Azərbaycan diplomatı isə telefon zənginə cavabında “belə təşkilatlar barədə şərh vermədiyini” deyib və IREX-i “Spy-REX” (spy- casus deməkdir) adlandırıb.
Azərbaycan prezidenti Ilham Əliyev administrasiyasının rəhbəri Ramiz Mehdiyev isə ötən həftənin əvvəlində Azərbaycanda işləyən ABŞ QHT-lərindən giley edən 60 səhifəlikÿ məqaləsində Vaşinqtonu “prezident Ilham Əliyevi devirmək cəhdində” ittiham edib.
Indi nə baş verib?
“Zəmanə o vaxt dəyişdi ki, 1990-cı illərdən başlayaraq ABŞ QHT-ləri birbaşa keçmiş Sovet məkanında fəaliyyətə başladılar”, – deyir ABŞ-ın Azərbaycandakı səfiri olmuş Riçard Kozlariç: “Başlanğıcda bu layihələrə ona görə tolerantlıq göstərilirdi ki, bunu ABŞ-ın yenicə müstəqil olmuş ölkələrin gələcəyində maraqlı olmasının işarəsi kimi görürdülər.
Indi isə, həmin qurumlara ABŞ-ın bu ölkələrdəki mövcud siyasi rejimləri yıxmaq niyyətinin əlamətləri kimi baxırlar.
Biz bu ölkələrdə demokratiyanı, ifadə azadlığını və insan haqlarını müdafiə etmək üçün yeni, müxtəlif mexanizmlər tapmalıyıq”.
Kozlariç bildirir ki, o, uzaq perspektiv üçün narahat deyil. Onun fikrincə, ortaya hətta bəziləri yerli qaydada maliyyələşdirilən başqa proqramlar çıxacaq. Lakin indiki ara müddətdə, “hamı üçün çətin olacaq” – deyir keçmiş səfir.
IREX-in rəhbərlərindən Leon Morse də qeyd edir ki, təşkilat hələ də Azərbaycanda işləməyə hazırdır:ÿ”Əgər bizə vəsait ayırsalar və Azərbaycanda hüquqi təqibə son qoysalar, biz ora mütləq qayıdarıq”.
O əlavə edir ki, ABŞ həmişə olduğu kimi yenə də dünya boyunca demokratik islahatlar uğrunda mübarizə aparan fərdlərin dəstəklənməsi ideyasına sadiqdir:
“Bəzən belə söhbətlər eşidirəm ki, ”Amerika özünə baxsın. Özünün Milli Təhlükəszilik Agentliyi casus qalmaqallarına düşüb, Quantanamoda dustaq saxlayır və bunlar o deməkdir ki, ABŞ demokratiyanı yaymağa layiq deyil”.
Əlbəttə ki, heç kəs kamil deyil. Lakin demokratik ideya, demokratiyanın məqsədi ABŞ-ın etdiyi səhvlərə görə iflasa uğramır.
ABŞ yeganə demokrat deyil, ABŞ-ın və hər hansı başqa ölkənin etdiyi səhvlər demokratiyanın əhəmiyyətini azaltmır”.
“Azadlıq” radiosu