Həmyerlimiz meşədən əldə etdiyi məhsulları xarici ölkələrə ixrac edib
Azərbaycan vətəndaşı qanunsuz ağac kəsimi ilə məşğul olaraq meşədən 36 milyon (470 min AZN) rubl dəyərində oğurluq edib. ANS PRESS-in məlumatına görə, Azərbaycan vətəndaşı Vüqar Əliverdiyev meşə məhsullarını qanunsuz olaraq xarici ölkələrə satıb. Həmyerlimiz meşədən əldə etdiyi məhsulları Tacikistan, Özbəkistan və Qırğızıstana ixrac edib.
Vüqar Əliverdiyev gömrük rəsmiləşdirməsi zamanı isə saxta sənədlərdən istifadə edib. Azərbaycan vətəndaşı qaçaqmalçılıqdan sonra Krasnoyarsk Vilayətinin vergi xidmətinə saxta sənədlər verib və dövlət büdcəsindən 2 milyon rubl alıb. O, pulları öz şəxsi ehtiyaclarına sərf olunduğunu deyib.
Hazırda Vüqar Əliverdiyev barəsində cinayət işi açılıb və onun barəsində iş şəhər məhkəməsinə göndərilib.