Fasilələrin yaranması təmir işləri ilə əlaqədardır
Bir neçə rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, bu gün saat 15:00-dək Nərimanov rayonunun bir hssəsinə, saat 11:00-dan 17:00-dək Xətai rayonunun bir hissəsinə, saat 18:00-dək Ağstafa rayonuna və Yevlax rayonunun bir hissəsinə, işlər başa çatanadək Sabunçu, Nəsimi, Qaradağ, Binəqədi və Xəzər rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.
Fasilələrin yaranması qaz nəqli və qaz təchizatı şəbəkəsində aparılacaq təmir işləri ilə əlaqədardır.