Nemət Əliyev: “Taxıl istehsalı 574 min ton, kartof istehsalı 173 min ton azalıb”
İqtisadçı ekspert Nemət Əliyev öz “facebbok” səhifəsində maraqlı faktlarla bağlı məlumat yerləşdirib və iqtisadiyyatın müxtəlif sahələrindəki geriləmləri rəqəmlərin dili ilə oxuculara çatdırıb
Ekspert əvvəlcə Əvvə kənd təsərrüfatı sahəsindəki acınacaqlı vəziyyətə diqqət çəkərək yazır: “Kənd təsərrüfatında durum daha da ağırlaşıb bu ilin 10 ayı ərzində. 1 milyon 670 mindən çox məşğul insan ümidini buraya bağlayıb. 70%-ə yaxın əkin sahələrində məhsulvermə qabiliyyəti zəifləyib. Taxıl istehsalı 574 min ton, kartof istehsalı 173 min ton azalıb. Tərəvəzin, şəkər çuğundurunun, tütünün, yaşıl çay yarpağının istehsalı enib. Kartofun, tərəvəzin məhsuldarlığı düşüb. Taxılçılıqda məhsuldarlıq səviyyəsi 13 il əvvəlki göstəricinin aşağısına enib. Ümumi kapital yatırımının vur-tut 2%-i ayrılıb bu mühüm sahəyə. Buraya sərmayə yatırımı 203,5 milyon manat azalıb. Heyvandarlıqda 3,1% irəliləyiş olsa da, bitçiçilikdə 8,1% geriləmə əmələ gəlib. Ötən ilin 10 ayı ilə müqayisədə kənd təsərrüfatında ümumi məhsul istehsalı 3% azalıb”.
Daha sonra ekspert emal sahəsində yaranmış axsamaları göz önünə gətirir: “2014-cü ilin 10 ayı ərzində(2013-cü ilin 10 ayı ilə müqayisədə) EMAL sahələrinin 45%-dən çoxunda istehsalın həcmi aşağı düşüb. Ümumi sənaye məhsulunun 23%-i EMAL bölməsində istehsal olunur. Ölkənin MƏDƏNÇIXARMA sənayesi 1,3% geriləyib. Dəmir filizinin istehsalı 26%, qiymətli metal filizlərin istehsalı 10,2%, tikinti qumunun istehsalı 30,3% enib. “MƏDƏNÇIXARMA” ölkə sənayesinin 71%-ni təşkil edir. Nəzərə almaq lazımdır ki, 2013-cü ilin müvafiq dövründə burada 0,8% artım qeydə alınmışdır. “ELEKTRIK ENERJISI, QAZ VƏ BUXAR ISTEHSALI, BÖLÜŞDÜRÜLMƏSI VƏ TƏCHIZATI” sahəsində artım tempi 0,9%-dən 4,5%-ə qalxsa da, “SU TƏCHIZATI, TULLANTILARIN TƏMIZLƏNMƏSI VƏ EMALI” sahəsində istehsalın tempi 11,6%-dən 5,4%-ə enib. Əgər Dövlət Statistika Komitəsinin dediklərinə inansaq, o zaman ümumi SƏNAYE istehsalında 0,4% geriləmə baş verib”-deyə Nemət Əliyev yazır.