Qəzaya səbəb yolun sürüşkən olması olub
Bakıda polis əməkdaşı xidməti maşında qəzaya uğrayıb. Qaradağ rayon Polis İdarəsi 38-ci polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə noyabrın 22-dən 23-nə keçən gecə Sahil qəsəbəsində baş verib. Polis bölməsinin rəisi Turab Paşayevin sürücüsü, polis baş serjantı, 1976-cı il təvəllüdlü Rüstəm Eldar oğlu Mürsəlov “KİA” markalı 90 AP 050 nömrə nişanlı avtomobillə qarşıdakı yük maşınına çırpılıb.
Hadisə baş verərkən sürücü tək olub. O, ağır yaralanıb. Xəstəxanaya aparılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər. Hadisə baş verən vaxt yağış yağırmış. Yol sürüşkən olduğu üçün sürücü maşını saxlaya bilməyib. Qeyd edək ki, Rüstəm Mürsəlov bölməyə təzə gəlibmiş.
Faktla bağlı araşdırma aparılır.