Valideynlərinin şikayəti yataqxananın sökülməsindəndir
Nərimanov rayonu, Pişəvari adına Respublika Hümanitar Fənlər Gimnaziyasında oxuyan və yataqxanada qalan şagirdlərin valideynlərinin şikayəti yataqxananın sökülməsindəndir.
ANS TV-nin məlumatına görə, valideynlər deyir ki, yataqxananın söküləcəyi barədə onlara məlumat veriblər. 50 şagirdin təhsil aldığı bü gimnaziyada valideynləri narahat edən uşaqların qalmağa yerlərinin olmamasıdır. Çünki uşaqların çoxunun valideynləri işlədiyindən, bəzilərinin imkanı olmadığından, bəzi uşaqların isə valideynləri rayonda qaldığından uşaqların gimanaziyada qalması hər bir valideyn üçün sərfəlidir. Düzdü məktəb hələ sökülməsə də, amma valideynlər narahat olduğundan məktəbin rəhbərliyinə və müvafiq qurumlara müraciət də ediblər. Yataqxananın sökülməsinə razı olmayan valideynlər özlərinin hesabına pul verib yataqxananı təmir etdirmək istədiklərini də bildirdilər.