Dövlət Baytarlıq Xidməti və Dövlət Gömrük Komitəsi bir birini təkzib edir
Kərə yağı üzrə idxaldan asılılıq rəsmən 50%-dir. Amma Gömrük Komitəsinin məlumatı və piştaxtaların analizi göstərir ki, yerli istehsal tələbatın dörddə birini ödəyir.
Dövlətstatkomun məlumatına görə, ilin 9 ayında fərdi təsərrüfatlar nəzərə alınmaqla 18 min ton kərə yağı istehsal edilib. Bu, ötən ilin eyni dövründəkindən 9% çoxdur. Amma sənaye müəssisələrinin payı göstərilmir. Kərə yağı idxalı da artıb. Gömrük Komitəsinin məlumatına görə, $19,7 mln məbləğində kərə yağı idxal edilib. Bu, ötən ilin eyni dövründəkindən 34,1% çoxdur.
Dövlətstatkomun bu ilin 6 ayında mal idxalı üzrə məlumatına görə, kərə yağı idxalı 2,6 min ton olub. 1 kq yağ $3,7-a bəyan edilib. İdxalın çoxu (1 689,6 ton) Yeni Zelandiyanın payına düşür.
Kərə yağının idxalı və balansı üzrə DSK və DGK-nın məlumatları üst-üstə düşmür. DGK-ya görə, 2013-cü ildə 8,3 min ton kərə yağı və başqa süddən düzələn yağ idxal edilib. DSK-nın məlumatında bu göstərici 21 644 tondur. Kərə yağının istehlak balansı hesablananda Kənd Təsərrüftaı yanında Baytarlıq Xidmətinin məlumatları nəzərə alınır. Məsələ burasındadır ki, bu xidmət başqa strukturlardan fərqli olaraq heyvandarlıq məhsulu idxalı barədə daha dürüst informasiya verir. Çünki onlara baytarlıq təqdimatı verir. Ölkədə aparıcı kərə yağı istehsalçıları “Atena” MMC, “Səba” və başqalarıdır.