Gürcüstan vətəndaşı olan kriminal avtoritet Mamuka Nebiradze Çelyabinskdəki mənzilinin yanında başından güllələnərək öldürülüb. 48 yaşlı Mamuka quldurluq faktına, nəqliyyat vasitəsi qaçırdığına, şantaj və döyüş sursatı alverinə görə bir neçə dəfə həbsxanada yatıb. Onun qətlinin sifariş olduğu daha çox ehtimal olunur. Mənbə qeyd edib ki, Mamuka kriminal dairələrdə yaxşı tanınırdı və dəfələrlə mütəşəkkil cinayətkarlıqla mübarizə əməkdaşlarının maraq dairəsinə düşüb. O, sonuncu dəfə 2006-cı ildə oyun zalına basqına görə saxlanılıb.
Digər məlumata görə, qətlə yetirilən Çelyabinsk vilayətinə nəzarət edən “qanuni oğru” Raulun yaxın dostu olub. (modern.az)