Çində baş verən qəza nəticəsində 11 nəfər də xəsarət alıb
Çinin şimal-qərbində kömür mədənində baş vermiş uçqun nəticəsində 16 nəfər ölüb, 11 nəfər isə xəsarət alıb.
ANS PRESS-in məlumatına görə, bu barədə Xinhua agentliyi xəbər verir. Məlumata görə, uçqun ötən gecə Sintszyan-Uyğur muxtar rayonunda baş verib. Uçqunun hansı səbəbdən baş verdiyi hələ məlum deyil.
Bir həftə əvvəl də Çinin cənub-şərqində mədəndə qəza zamanı 19 mədənçi həlak olmuşdu.
Çindəki mədənlər dünyanın ən təhlükəli mədənləri hesab edilir. Burada il boyuncu çoxsaylı qəzalar nəticəsində yüzlərlə adam həlak olur.