Ermənistanda etiraz aksiyalarına start verilib.
Mitinqi Erməni Milli Konqresi (EMK), Çiçəklənən Ermənistan və Miras partiyaları təşkil edib. EMK-nın parlamentdəki fraksiyasının katibi Aram Manukian mitinqdə deyib ki, bu günki mitinq – xalqın özünə məxsus hakimiyyəti geri qaytarması prosesinin başlandığını göstərir.
Erməni Milli Konqresinin lideri Levon ter Petrosyan aksiyada xlaq qarşısında çıxış edib. O, Ermənistanın bu günkü vəziyyətinin ağır olmasında Serj Sarkisyanı ittiham edib.
Nümayişçilər Sarkisyanın istefasını tələb edir.
Partiya liderləri bəyan ediblər ki, onlar Sarkisyana qarşı İrəvanda hər həftə aksiyalar keçirəcəklər. Aksiyaların oktyabrın 31, noyabrın 7-i və 14-də keçiriləcəyi bildirilir.