İstanbulda həyəcanlı anlar yaşanıb. Türkiyə mətbuatının verdiyi məlumata görə, İstanbulda yerləşən Kanada, Belçika və Almaniyanın Baş Konsulluqlarına göndərilən məktubun içindəki sarı toz həyəcana səbəb olub.
Polis konsulluqların yerləşdiyi binaları boşaldıb. Faktla bağlı araşdırma aparılır.