Bakı İstintaq Təcridxanasında ölüm hadisəsi baş verib. Bu barədə Teleqraf.com-a Sabunçu rayon Prokurorluğundan məlumat verilib. Məlumata görə, təcridxanada saxlanılan 1960-cı il təvəllüdlü İlkin Qurbanov qəfildən dünyasını dəyişib. Onun ürək tutmasından öldüyü bildirilir.
İlkin Qurbanov narkotik vasitələrin alış-satışından təqsirli bilinirərək həbs edilmişdi. Faktla bağlı araşdırma aparılır.