Vəkil Əlayif Həsənov Bakı İstintaq Təcridxanasında Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusla görüşüb. “Media forum” saytına danışan vəkil Leyla Yunusa oktyabrın 23-də baş çəkdiyini deyib: “Səhhəti və əhvalı elə də pis deyil. Leyla xanım bu həftə Milli Təhlükəsizlik Nazirliyində aparılan istintaq hərəkətlərində iştirak edib və Bakı İstintaq Təcridxanasına qaytarılıb. Təcridxanaya qaytarıldıqdan sonra rəhbərlik onu qəbul edib, problemlərini dinləyib”.
Leyla Yunus iyulun 30-da həbs edilib. Onun həyat yoldaşı, Sülh və Demokratiya İnstitutunun eksperti Arif Yunus da həbsdədir. Arif Yunus avqustun 5-də tutulub. Onlar dövlətə xəyanətdə və maliyyə cinayətlərində ittiham olunurlar. Hər iki şəxsin istintaqını Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparır.
Arif Yunus tutulandan MTN-in təcridxanasında, Leyla Yunus isə Bakı İstintaq Təcridxanasında saxlanır.