Futbol üzrə İtaliya yığmasının keçmiş kapitanı Fabio Kannavaro vergi fırıldağında şübhəli bilinir. “RİA Novosti”nin verdiyi məlumata görə, 2006-cı ildə İtaliya ilə dünya çempionu olmuş 41 yaşlı F.Kannavaronun 900 min avro dəyərində aktivləri aşkarlanıb.
2006-cı ildə “Qızıl top”a layiq görülmüş futbolçunun aktivləri xanımı ilə premium-klass qayıqların icarəsi üzrə təşkil etdiyi biznes haqqında işin araşdırılması çərçivəsində müsadirə edilib.