Bütün dünya Ebola təhlükəsi gözlədiyi zaman MERS çıxdı
Dünyanın Eboladan əziyyət çəkdiyi bir vaxtda Türkiyənin Qəhrəmanmaraş şəhərində yaşayan cütlükdə isə Yaxın Şərqə məxsus nəfəs sindromu kimi tanınan MERS virusu aşkarlanıb. Qızdırma şikayəti ilə xəstəxanaya müraciət edən Əli Aktaş adlı sakin və onun xanımı müayinədən sonra MERS şübhəsi ilə karantinə alınıb. Aktaşın bir neçə gün əvvəl Həcc ziyarətindən qayıtdığı məlum olub.
MERS virusu bir neçə ay əvvəl Səudiyyə Ərəbistanında onlarla şəxsin ölümünə səbəb olub. Bir neçə gün əvvəl başa çatmış Müqəddəs Həcc ziyarəti virus təhlükəsini yenidən diqqət mərkəzinə gətirib. (ans)