AXCP sədrinin xarici əlaqələr üzrə müavini Razi Nurullayev Fransa səfirliyinin birinci katibi xanım Fabienne Drout-Lozinski ilə görüşüb. Görüşdə ölkədəki ictimai-siyasi vəziyyət müzakirə edilib. Bununla bərabər, son günlər ölkədə baş verən olaylar, həbslər, vətəndaş cəmiyyəti ilə bağlı yaranan son durum və beynəlxalq aləmin bu məsələlərə münasibəti də müzakirə mövzusu olub.
Görüşdə tərəfləri maraqlandıran bir sıra məsələlər barədə də fikir mübadiləsi aparılıb.