Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədovun ANS PRESS-ə verdiyi məlumata görə, yanacaq məhsulları ilə dolu 15 vaqonluq qatarın 5-6 vaqonu relsdən çıxıb. Xoşbəxtlikdən vaqonlardan heç biri aşmayıb.
Hadisədən sonra əraziyə dəmir yolu işçiləri gəlib. Yaranan problemlərin aradan qaldırılması istiqamətində işlər aparılır.
Qəza baş verən ərazi yaşayış evlərinin yaxınlığındadır. Bu səbəbdən də, hadisəyə görə əhali arasında çaxnaşma düşüb.