Bu gün Nəsimi Rayon Məhkəməsində Azərbaycan Ziyalılar Birliyinin sədri, Mili Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyevlə daxili işlər naziri Ramil Usubov arasında növbəti məhkəmə prosesi keçiriləcək. Saat 16:00 radələrində baş tutacaq məhkəmə prosesi media təmsilçiləri, siyasiləri üçün də açıq olacaq.
Məlumat üçün qeyd edək ki, R.Usubov E.Quliyevi xüsusi ittiham qaydasında məhkəməyə verib. E.Quliyev polisin ünvanına təhqir və böhtan səsləndirməkdə ittiham olunur.