Işi icra hakimiyyəti adından gördürən şəxs yoxa çıxıb, icradan isə bu adamları tanımadıqlarını deyirlər
“Dedi, Icra Hakimiyyətindən yaxşı sifariş var, poliklinika təmir edəcəyik, yaxşı da pul ödəyəcəklər. Biz də razılaşıb gəldik. Mən rəngsazlıq edirəm. Əvvəl görəcəyim işin hər kvadratına görə 3 manatdan danışıb razılaşdıq. Sonradan hər kvadrata görə məbləği 2 manata, 1 manata, axırda da 50 qəpiyə endirdilər. Iş orasındadır, indi heç onu da ala bilmirik. Ilişib qalmışıq Gəncədə”.
Rəngsazın pulunu kim verəcək?
Namiq AllahverdiyevÿIsmayıllı rayonundandır. Günəmuzd çalışan fəhlə babadır. Bu yaxınlarda ona Gəncədə yeni istifadəyə veriləcək poliklinikada rəngsazlıq işi görmək təklif olunub. O da üç fəhlə dostunu götürərək Gəncəyə gedib. Ona köhnə bir qarajı poliklinikaya çevirməyi tapşırıblar. Müqavilə-filan bağlamadan fəhlə dostları ilə qollarını çirmələyib, işə başlayıb.
“Qaynar xətt”ə danışır:ÿ”Işləri bitirmək üzrəydik, bizi ora dəvət edən Tərxan adlı adam dedi ki, icra hakimiyyəti daha sizin işinizi istəmir. Bizi işdən kənarlaşdırdı. Dedik, o zaman gördüyümüz işlərin pulunu ver, çıxıb gedək. Neçə gündür ki, o atlı, biz piyada olmuşuq”.
“Dedilər işi dayandırın, ancaq pulumuzu vermədilər”
Elşən ÿadlı digər fəhlə alçipan ustasıdır. Onu Gəncəyə dostuÿ Namiq Allahverdiyevÿgətirib. Hələ də Gəncədədir:
“Namiqÿ dedi, belə bir iş var, biz də ona qoşulub gəldik. Işlərimiz yaxşı gedirdi. Mən alçipan vururdum. Dəmiryolu yaxınlığındakı qarajın binasını poliklinika edirlər. Biz də orada işləyirdik. Qəflətən Tərxan gəlib dedi ki, daha işi dayandırın, sizin işinizə ehtiyac yoxdur. Biz də gördüyümüz işlərin hesabatını aparıb ona təqdim etdik ki, zəhməthaqqımızı versin, çıxıb gedək”.
Fəhlələr deyirlər,ÿTərxan ÿadlı şəxs mobil telefonunu söndürüb, neçə gündür onunla əlaqə yarada bilmirlər.
Gəncə şəhər Icra Hakimiyyətindən bildirdilər ki, qurum hanısası bir işdən ötrü fəhlə işlədəndə onunla mütləq müqavilə bağlayır: “Siz deyirsiniz ki, belə adamlar var, gəlib Gəncədə işləyiblər, özü də guya bizim üçün işləyiblər, ancaq biz belə adamları tanımırıq. Heç üzlərini də görməmişik. Biz təmir işləri gördürdüyümüz fəhlələrlə mütləq müvafiq bir müqavilə bağlayırıq, münasibətlərimiz müqavlə əsasında davam edir. Belə adamlarla hər hansı müqavilə olmayıb”.ÿ
Indi fəhlələrə yağlı vədlərlə onları Gəncəyədək gətirmiş adamı tapmaqdan başqa yol qalmır.ÿ
“Azadlıq” radiosu