Honkonqda azad seçim tələbi ilə baş tutan aksiyalar davam edir. Çin Xalq Respublikasına aid muxtar respublika Honkonqda azad seçki üçün keçirilən aksiyalar genişlənir. “Mərkəzi işğal et” şüarları ilə hökumət binasının qarşısında toplanan minlərcə aksiyaçı polis tərəfindən dağıdılıb. Etirazlar Honkonqun digər bölgələrinə də yayılıb. Etirazçılar Çin hakimiyyətinin Honkonqda administrasiya rəhbəri postuna namizədləri seçməsindən narazıdır.