Tanınmış hüquq müdafiəçisi, vicdan məhbusu İntiqam Əliyevin bir neçə vəkilini müdafiəsindən kənarlaşdırıblar.
Anar Qasımlının sözlərinə görə, Cavad Cavadovdan başqa İntiqam Əliyevin bütün vəkilləri şahid qismində dindiriblər: “Cavad Cavadovdan başqa İntiqam Əliyevin bütün vəkillərini işdən kənarlaşdırıblar. İş üzrə şahid qismində dindirilmə zərurəti yaranıb. Yəni, bir işdə həm vəkil, həm şahid ola bilməz. Məqsəd bizi İntiqam Əliyevin müdafiəsindən kənarlaşdırmaq, müdafiəni zəiflətməkdir”.
İntiqam Əliyevin oğlu Nəcmin Əliyev Facebook səhifəsində atasının 4 vəkilindən 3-ün onun müdafiəsindən kənarlaşdırıldığını yazıb.
Ramin