Müxtəlif media qurumlarına daxil olan məlumata görə, 29-da bir qrup vətəndaş cəmiyyəti institutu təmsilçiləri ilə ABŞ-ın ölkəmizdə müvəqqəti işlər vəkili Derek Hoqanla görüş keçirilmişdir. Tanınmış iqtisadçı Məhəmməd Talıblı da həmin görüşdə iştirak edib. Görüşün nəticələri və müzakirə olunan məsələlərlə bağlı Məhəmməd Talıblının özü ilə əlaqə saxladıq və o belə bir görüşün həqiqətən keçirildiyini bildirdi. Görüşdə Qubad İbadoğlu, Mirvari Qəhrəmanlı, İlham Şaban və digər QHT rəhbərləri var idi. Görüşdə əsas müzakirə predmeti kimi xüsusilə Azərbaycanın beynəlxalq təşəbbüsdə təmsil olunduğu Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü çərçivəsində ölkəmizin iştirakçılıq səviyyəsi və onun bundan sonra həmin təşəbbüslə bağlı yeni münasibətlərin xarakteri, son aylar ölkəmizdə vətəndaş cəmiyyəti insitutlarına olan basqılar və digər mövzular əsas yer tuturdu. İki saata qədər keçən görüş ərzində əsasən bu mövzular ətrafında fikir mübadiləsi apardıq.