Bərdədə ana doğuş zamanı ölüb. Hadisə Bərdə rayon mərkəzi xəstəxanasının doğum şöbəsində baş verib.
Yevlax rayon sakini 25 yaşlı Manafova Aynur Məhərrəm qızı dünən xəstəxanaya yerləşdirilib. Bədbəxt hadisə təxminən 3 saat bundan əvvəl baş verib. Bu gün axşam saatlarında o, doğuş zamanı həyatını itirsə də, övladı sağ qalıb.
Xəstəxanada rayon polis şöbəsinin və prokurorluğun əməkdaşları araşdırma aparırlar. (qafqazinfo.az)