Bu gün səhər saat 08:20 radələrində “Koroğlu” stansiyasında platformada dayanan sərnişinlərdən birinin vəziyyəti qəflətən pisləşib.
Metropolitenin mətbuat xidmətindən ANS PRESS-ə verilən m’lumata görə, vəziyyəti pisləşən şəxs 1953-cü il təvəllüdlü Nazim Ağakərim oğlu Seyidbəyli olub. Dərhal hadisə yerinə təcili yardım çağırılıb. Lakin həkimlər gələnə qədər Nazim Seyidbəyli dünyasını dəyişib.