Lənkəranda faciəvi hadisə baş verib. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, sentyabrın 15-də Lənkəran şəhər sakini hündürlükdən yıxılaraq aldığı xəsarətdən ölüb. Araşdırmalar zamanı məlum olub ki, Əlövsət Axundov şəhərdə işlədiyi inşa edilən binanın 3-cü mərtəbəsindən yıxılıb. Ə.Axundov aldığı xəsarətdən hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.