NATO-nun Uelsdə keçiriləcək sammitində Avstraliya Rusiya prezidenti Vladimir Putinin Brisbendə keiçrilməsi nəzərdə tutulan G20-nin sammitində iştirakına qadağa qoyulması üçün razılıq almağa çalışacaq.
G20-nin növbəti sammitinə ev sahibliyi edəcək Avstraliya hər hansı dövlət başçısının iştirakına qadağa qoyulması ilə bağlı təkbaşına qərar verə bilməz. Bunun üçün digər üzv ölkələrin də razılığı olmalıdır.
Avstraliyanın xarici işlər naziri Culi Bişop bildirib ki, sammitin əsas mövzuları İraq, Suriya və Ukraynadakı böhran olacaq. Onun sözlərinə görə, sammitdə Rusiya prezidentinin iştirakına qadağa qoyulması ilə bağlı məsələyə də baxılacaq.
azadlıq.info