Egey dənizində Britaniya bayrağı altında üzən yaxta Yunanıstan sərhədçiləri tərəfindən saxlanılıb. Standart sənəd yoxlamasından sonra yaxtada Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin dincəldiyi məlum olub.
Onun barəsində məlumatları yoxlayan sərhədçilər keçmiş prezidenti saxlamaq istəyib. Lakin buna bəzi hüquqi əngəllər mane olub. Yunan bazasında Saakaşvili axtarışda olsa da, beynəlxalq axtarışa hələ verilməyib.
azadlıq.info