NATO Əməkdaşlıq İnstitutu Azərbaycan hakimiyyətini ölkədə repressiyanı dayandırmağa çağırıb. Çağırışı İnstitutun rəhbəri Fərrux Məmmədov özünün facebook səhifəsində yayıb.
“Ölkədə demokratik düşərgəyə qarşı davam edən təzyiqləri və həbsləri dərhal durdurmağı tövsiyə edirik. Ukrayna hadisələrindən dərs götürməyə səsləyirik. Putinin Ukrayna siyasətinin eynisini Azərbaycanda demokratik düşərgəyə tətbiq etmək sonu yaxşı olmayan nəticələrə gətirib çıxaracaq”, – deyə İnstitutun bəyanatında deyilir.
azadliq.info