Ukraynada 300 nəfərə yaxın fəal Müdafiə Nazirliyinin binası qarşısına toplaşaraq İlovaysk şəhərinə əlavə hərbi qüvvələr göndərilməsini tələb ediblər. Bu barədə UNİAN agentliyi məlumat yayıb.
İlovayskda Ukraynanın antiterror əməliyyatında iştirak edən əsgərlər separatçıların mühasirəsinə düşüblər. Əsasən mühasirəyə düşən əsgərlərin valideyn və yaxınlarından ibarət olan piketçilər ora köməyə əlavə hərbi qüvvə göndərilməsini istəyirlər.
Aksiya zamanı nazirliyin qarşısından keçən küçə bağlanıb.
Etirazçıların tələbləri sırasında müdafiə naziri Valeri Geleteyin istefası da var.
azadliq.info