Andiçmə mərasimində Ermənistan nümayəndəsi də iştirak edəcək
Bu gün Türkiyədə yeni seçilmiş prezident Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi keçiriləcək. Ankarada Çankaya köşkündə yerli vaxtla saat 11:00-da başlayacaq mərasimdə bir sıra ölkələrin dövlət və hökumət başçıları ilə yanaşı, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan da iştirak edəcək.
Amerika Birləşmiş Ştatları isə prezident Barak Obamanın təmsilçisi qismində ABŞ-ın Türkiyədəki səfirinin müşaviri Cess Beylini göndərəcəyini açıqlayıb.
Dünən isə Ərdoğan “Ədalət və İnkişaf Partiyası”nın sədri və Baş nazir kürsüsünü keçmiş xarici işlər naziri Əhməd Davudoğluya təhvil verib.
2003-cü ildən indiyədək baş nazir postunu tutan Rəcəb Tayyib Ərdoğan bu vaxtadək simvolik məna daşıyan prezidentin səlahiyyətlərini artıracağını bəyan etmişdi. Rəcəb Tayyib Ərdoğan avqustun 10-da keçirilən prezident seçkilərində 52% səslə qalib gəlmişdi.