Bakı sakinindən silah-sursat və narkotik vasitə götürülüb. Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Nizami rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Vyaçeslav Şapovatovdan “AKSU” markalı silah, 2 ədəd patron darağı və 10,3 qram marixuana aşkar edilərək götürülüb.
Saxlanılan şəxs ətrafında araşdırmalar davam etdirilir.