Müsavat Partiyasının başqanının müşaviri Səxavət Əlisoy vəzifəsindən istefa verib. S.Əlisoy Trend-ə bildirib ki, vəzifəsindən istefa verməsinə səbəb Müsavat başqanlığına keçiriləcək seçkilərdə namizəd kimi sərbəst iştirak etməkdir.
Qeyd edək ki, S.Əlisoy başqanlığa iddialı olduğunu bəyan edib.