Avqustun 12-də riyaziyyat sahəsində nüfuzlu beynəlxalq “Fields Medal”ının gənc ABŞ professoru Məryəm Mirzəxaniyə verilməsi barədə xəbər yayılandan dərhal sonra 37 yaşlı alimin mənşəyi Azərbaycanda çox maraq doğurdu. Bəzi media qurumları bu mükafatın ilk qadın laureatı olan Mirzəxaninin İran azərbaycanlısı olduğunu yazdı.
Məsələyə aydınlıq gətirmək üçün “Azadlıq” radiosu bilavasitə Məryəm xanımın özünə üz tutub. Medianın xəbərlərini təkzib edən Mirzəxani deyib:
– Bildiyim qədər, mənim Azərbaycanla heç bir bağlılığım yoxdur. Ailəmdə azərbaycanlı mövcud deyil, nənə-babalarım Tehran yaxınlığında yerləşən kənddəndirlər”.
Onun Azərbaycanlı olmasına dair məlumatların haradan qaynaqlanmasından xəbərsizliyini bildirən gənc professor əlavə edir:
“Əlbəttə ki, Tehranda böyüdüyüm üçün mənim çoxlu və yaxşı azərbaycanlı dostlarım var və mən Azərbaycan kültürünə böyük hörmət bəsləyirəm. Bütün hallarda, hesab edirəm ki, belə məsələlərin əhəmiyyəti böyükdür”.