Azərbaycanda “Bütün maneələrin dəf edilməsi planı” üzrə siyasət davam edir. Avtroritar hakimiyyət mövcudluğunu və dayaqlarının möhkələndirmək üçün alternativ güc mərkəzi ola bilmə ehtimalı olan bütün tərəfləri sıradan çıxarmaq xəttini tutub. Yaxın keçmişdə inzabati ressursalardan istifadə etməklə ictimai dayaqların yox edilməsi, insanların iqtisadi çətinlikləri üzərində oynayaraq siyasi proseslərdən uzaqlaşdırılması, maliyyə qaynaqlariının məhv edilməsi, fəallarin həbsi, saxt ittihamlar və sifarişli məhkəmələrlə müşayət olunan siyasi partiyaıara hücum öz nəticəsin verdi. Ölkədəki aparıcı siyasi partiyalar kabinet partiyasına çevrildi.
Sırada Kütləvi İnformasiya Vasitələri idi. Qazetlərin satışına maenələr, sifarişli məhkəmə sanksiyları, maliyyə imkanlarının məhdudlaşdırlması, jurnalsitlərin döyülməsi və həbsi , şantajlar və sair. Alındı, KIV lərə olan hücumlar onların hakim dairələr arasında bölüşüdürlməsi ilə nəticələndi. Sınmayanlarsa məhv edildi.
Növbə isə xüsusən müxalifət düşərgəsindən getmiş insanların yer aldığı QHT sektorunun idi. Bütün bu olanları isə özünü demokratiyanın beşiyi adlandıran ölkələr sadəcə müşahidə edirdi. Bu barədə bir az sonra daha ətraflı…
QHT sektoru
Məlumat üçün qeyd edim ki, Azərbaycanda dövlət qeydiyyatına alınmış Qeyri hökümət təşkilatlarının sayı təxminən 3000-ə yaxındır. Onlardan cəmi 1 %-i, yəni təxminən 25-30 təşkilat demokratiya və insan hüquqları sahəsində çalışır. Ölkədə 1999 -cu ildə ” Milli Qeyri-Hökumət Təşkilatları hərəkatının genişlənməsi, üçüncü sektorun və vətəndaş cəmiyyətinin inkişafı, QHT-lərin fəaliyyətinin qabaqcıl beynəlxalq təcrübəyə, mövcud qanunvericiliyə uyğun qurulması və koordinasiya edilməsi, dövlət orqanları, bələdiyyələr, milli və beynəlxalq donorlar, həmçinin media və özəl sektorla QHT-lərin qarşılıqlı faydalı əməkdaşlığının təmin olunması və onların üzləşdiyi problemlərin birgə həllinə yardım etmək” bəhanəsilə yaradılan Milli QHT Forumu sadəcə təşkilatların hakimiyyətin təsirinə keçməsi üçün fəaliyyət apardı. 2007-ci ildən yaradılmış Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası artıq bu fəaliyyətin “xoşbəxt” sonluğu idi. Hakimiyyət Şura vasitəsilə ənənəvi metodunu tətbiq edərək öz maraq dairəsində iş aparan QHT-lərin xırda layihələrinin maliyyələşməsini öz üzərinə götürürdü. Hətta son zamanlar birbaşa zərbə vurmaq funksiyasını da yerinə yetirirdi. Anar Məmmədlinin işində QHT Şurasının rolunu xatırlayırsınızmı?
Bir neçə istiqamətdən hücum
Əslində Qeyri hökümət təşkilatları ilk gündən müəyyən məhdudiyyətlərlə üz üzə qalmışdı. Hakimiyyətin razılığı olmayan şəxslərin təsisçisi olduğu təşkilatların qeydiyyatdan keçməsi çox çətin idi, hətta bir müddətdən sonra bu tamamilə imkansız oldu. Onların da bir çoxu qeydiyyatsız fəaliyyətlərinə davam etməyə başladılar. Hakimiyyət yaradıcılıq imkanları geniş olan, mübarizəsini hüquqi müstəvidə qura bilən QHT təmsilçilərini hədəfə almaq üçün zəmin hazırlayır, fürsət gözləyirdi. Eyni zamanda bir neçə istiqamətdən hücuma da davam edirdi. Bu istiqamətlərdən biri Gongo (Governmental Non-Governmental Organization – hökümət yanı) təşkilatların yaranması və mövcud təşkilatların Gongo -ya çevrilməsi prosesi idi. Bu təşkilatlar böyüdülərək demokratiya və insan haqları uğrunda mübarizə aparan təşkilatlara rəqib hala gətirilir və hər sahədə onların fəaliyyətini vurmaq istiqamətində iş aparalırdı. Təəccüblü deyil ki, ölkədə ən çox qrant Gongo təşkilatları Əli Həsənovun kurasiyasında olan təşkilatlar hesab olunur. Eyni zamanda nazirliklər, dövlət qurumları da yandaş QHT-lər formalaşdıraraq, əks tərəfdən gələn təzyiqin azaldılmasında onlardan istifadə edirdi. Sonradan Gongoya çevrilən təşkilatların adları isə yəqin ki, artıq hamıya məlumdur. Məsələn aktivist xanımlardan birinin şəxsi həyatı barədə video yayınlanır, əslində hüquq müdafiəçiliyi və qadın haqlarının müdafiəsi ilə məşğul olan Novella Cəfəroğlu, Səidə Qocamanlı və Səadət Bənənyarlınən rəhbərlik etdiyi təşkilatların formalaşdırdığı birgə monitorinq qrupu bəyənat yayır ki, bu hakimiyyətin sifarişi deyil. Bu cür təşkilatlar hal hazırda Azərbaycanda yüzlərlədir.
Gongo təşkilatlara hakimiyyətin öz dəstəyi azmış kimi bəzi beynəlxalq təşkilatların yerli nümayəndəlikləri, qrant təşkilatları da hakimiyyətlə münasibətləri korlamamaq üçün onlarla çalışmağa məcbur olur, nəticədə dolayısı ilə Azərbaycanda avtoritar rejimi dəstəkləyirlər. Buna misal olaraq ən çox söz söhbətə səbəb olmuş ABŞ-ın Beynəlxalq Inkişaf Agentliyi (USAİD) in Milli Məclisin üzvü Əli Hüseynovun rəhbərlik etdiyi Azərbaycan Hüquqşünaslar Konfederasiyasına verdiyi 1.5 milyon dollar qrantı və ya Hadı Rəcəblinin ailəsinə məxsus olduğu bildirilən “Həyat” təşkilatının, Əli Həsənovun kurasiyasında olan İsrail İsgəndərovun sədri olduğu ÜMID Humanitar və Sosial Dayaq Mərkəzinin 20 ilə yaxındır BMT QAK -ın tərəfdaşı olmasını göstərmək olar. Belə misallar da Gongo təşkilatlar kimi yüzlərlədir.
Hakimiyyətin apardığı hücumların ikinci istiqaməti demokratiya və insan haqları üzrə işləyən QHT lərə maliyyə ayıran beynəlxalq təşkilatlardır. Xüsusilə o təşkilatlar ki, qeydiyyata alınmamış QHT-lərin də layihələrinə maliyyə vəsaitləri ayırırdı. Son illər bu hücumun bariz nümunəsini gördünüz – Açıq Cəmiyyət İnstitutu-Yardım (Soros) Fondunun düşdüyü vəziyyət, NDİ-lə bağlı yaşanan olaylar, Aleks Qriqoryevtsə qarşı ittihamlar, hətta ATƏT-in Bakı ofisinin səlahiyyətlərinin azaldılaraq nümayəndəlik səviyyəsinə endirilməsi … 2014-cü il başlayandan isə bir necə beynəlxalq təşkilatın yerli ofisində yoxlanma aparılması, onlara problem yaradılması ilə bağlı məlumatlar olsa da, demokratik dünyanı təmsil edən bu təşkilatlardan rəsmi heç bir etiraz, dirəniş görmədik. İREX, Oxfam, Marşal fondu, ABŞ səfirliyi, Avropa İttifaqı, Avropanin demokratiya destek fondunun verdiyi qrantların maliyyə sənədləri yoxlanılır. Amma bu barədə açıqlama verən, etiraz edən yoxdur.
Və nəhayət hakimiyyətin QHT-lərə qarşı apardığı hücumun ücüncü ən önəmli istiqaməti qanunvericiliyin hec bir zərurət olmadan davamlı olaraq sərtləşdirilməsi idi.
14 dəyişiklik
Ümumiyyətlə QHT lər yuxarıda da qeyd elədiyim kimi ilk gündən təzyiqlərə məruz qalıb. Sadəcə 2001 ci ildə Azərbaycanın Avropa Şurasına üzvlük məsələsi ilə bağlı hakimiyyətin mövqeyində bir az yumuşalma olunsa da, 2004-cü ildən sonra isə bu münasibət ikiqat sərtləşməyə başladı.
Əsasən onu qeyd etmək lazımdır ki, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununa 2000-ci ildən 2009-cu ilədəkdək 8 dəfə dəyişik olub. 2009-cu ildən bu günə qədər isə daha 5 dəfə belə dəyişiklik olub. Bunlar QHT-lər haqqında, qrantlar haqqında, hüquqi şəxslərin qeydiyyatı haqqında olan qanunlara edilmiş dəyişikliklərdir. Bu dəyişikliklərin ümumi siyahısı yazının sonuna əlavə ediləcək, maraqlananlar açıb baxa bilərlər. Ən son dəyişiklik 2014-cü ilin fevral ayında edildi ki, əsl problemlər də bundan sonra başladı. Bu dəyişikliyə görə QHT lər qrantlar haqqında Ədliyyə Nazirliyinə məlumat verməli, banklar bildirişsiz əməliyat aparmırdılar. Əvvəlcədən də qeydiyyat məsələsi vardı, amma banklar bildirişsiz qrantlar üzrə əməliyyat apara bilirdi.
Məsələn, “Qrant alınması (verilməsinə) dair müqavilələrin (qərarların) qeydiyyata alınması Qaydaları”nda qrant müqavilələrinin qeydiyyata alınmasından imtina nəzərdə tutulmurdu. Amma halda, Ədliyyə Nazirliyi bir sıra hədəfdə olan QHT-lərin qrant müqavilələrini qeydiyyata almaqdan imtina edib. Əslində bu qanunvericiliyə ziddir, çünki Ədliyyə Nazirliyi bu addımı ilə iki tərəf arasında bağlanmış müqavilənin məzmununa qanunsuz olaraq müdaxilə edir.
Represiya
Son dəyişkliklərin tətbiqi QHT-lərin sanksiylar və cinayyət işlərinə cəlb edilməsi ilə nəticələndi. 100-lərlə QHT Qrantları Ədliyyə Nazirliyində qeydiyyata alınmaq üçün gözləyir, layihələrin icrasına imkan verilmir, tədbirlər keçirilməsinə imkan yaradılmırdı. Hakimiyyətin müxtəlif yandaşlarına mənsub olan otellər, konfrans zalları olan təşkilatlar ard-arda QHT tədbirlərinə “Yox” deyir. Təkrar qeydiyyat üçün müraciət edən QHT lər qeydiyyata alınmırdı . Bu məhdudiyyətlər azmış kimi hakmiyyət daha ciddi sanksiyalara əl atdi. Artıq Azərbaycanda müstəqil QHT-lərə və onlara yardim edən xarici təşkilatlara, yerli QHT-lərə qarşı Cinayət Məcəlləsinin 308.1 Vəzifə səlahiyyətlərindən sui-istifadə və Maddə 313. ( Vəzifə saxtakarlığı ) cinayyət işi başlanıb. Bu Cinayyət işinin əsas predimteti OXFAM, Avropa Demokratiya dəstək Fondu, ABŞ Səfriliyi və ABŞ-in donor təşkilatlardır ( USAİD, NED, İREX, Maraşal, Soros Fondu ). Donorlarin və yerli QHT-lərin eyni cinayyət maddəsilə cinayyət işinə cəlb edilməsindəki ziddiyyətli məqamlarla yanaşı, xüsusuən fərqli-fərqli stauslu təşkilatların statuslarının nəzərə alınmaması və eyni maddə ilə istintaqa cəlb edilməsi bu işin sifarişi olmasindan xəbər verir.
Digər tərəfdən paralel olar Vegrilər nazirliyinin qəftlətən müstəqil QHT-lərdə növbədənkanar vergi yoxlama təşkil edilməsi , ədliyyə Nazirliyinin paralel yoxlma aparimasi, Banklarda QHT-lərə göstərilən xidmətlərin 50 dəfə qiymətin qalxaması, bank əməliyyatlarına görə faizlərin 400% qaldırlmasi total hucumlarin tərkib hissəsinə çevrildi.
Bu hücümun QHT-lər üçün nəticəsi artıq bəlli idi. Bir neçə aktiv şəxsin həbsi, Böyük cərimələr, QHT-lərin qeydiyyatının ləğv edilməsi, Səfərlərin qadagan olunması…
Siz axı niyə susursunuz?
Hakimiyyətin siyasəti bugunkü, avtoritar hakmiyyətin mahiyyəti baximindan çox realdır. Əslində məni narahat edən qarşı tərəfin adekvat reaksiyasinin olmamasıdır. Niyə məhz 8-10 təşkilata sistemli hər tərəfli hücüm edilir? Ozunu müstəqil hesab edən digər QHT-lər nə düşünür? Niyə məhv olmaqda olan Həmkarları ilə həmrəyilik nümayiş etdirmlər? Bu susqunlugun səbəbə nədir?
Bunun cox sadə bir cavabi var, susumaqla ozunu qorumaq instikti….
Çünki aldığımız məlumata görə artıq 3 aydır bir çox QHT lərin və əxslərin təşkilat və əxsi hesablarına həbs qoyulsa da, onların çox bu barədə açıqlama vermir. Azərbaycan Respublikası Baş Prokurorluğu Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq idarəsində başlanan 142006023 saylı cinayət işi üzrə bir çox QHT təmsilçiləri sorğu sual edilib. Amma onlardan çox azı bu barədə mətbuata açıqlama verilib.
Amma hörmətli dostlarımız anlamaq istəmir ki, susmaq çarə deyil. 2009-ci ildən bu günə qədər qanunvericliyə edilən dəyyişklikdən sonra sektorda nələr dəyişdi.. Həmin il təxminən 300 QHT etiraza qalxdi, QHT-lər həmrəylik nümayiş etdirdilər..Beynəlxalq təşkialtlardan və səfirlikərdən ciddi dəstək gəldi..Hakimiyyət QHT-lərinin təklifilin böyük hissəsilə raizlaşdı… Elə məhz bundan sonra müqaviməti və etirazi sevməyən və buna qarşı hər zaman aqrressiv olan hakmiyyət digər metdolara əl atdi. Təzyiqləri gücləndirdi, pulla ələ alınmalar və sair mexanzimlərə başlandı. Sonra adekvat olmayaraq inzibatı cərmələr tətbiq olundu. Elə bu cərimələrlə etriaz edənlərin sayı 5 dəfə azaldı. Qanunvercilyə edilmiş son dəyişkilik, qrantlarin qeydiyyata alinmaması və bunun üçün hakmiyyətin qanunverciliyi tətbiq etməsi nəhayət ki, öz effektini verdi. Susqunlu elə bir vəziyyətə gətirib çıxardı ki, bugün 100-dən cox QHT qrantlarına bildiriş ala bilmir, layihə icra edə bilmir və fəaliyyəti dayanıb. Amma reaksiya yoxdur, ortada müqavmət göstərə biləcək 8-10 təşkilat iflic vəziyyətə salınıb, çixarlış verilmir, bank hesabları həbsdə, QHT rəhbərlərinin şəxsi hesbalarına həbs qoyulub, Prokrorlugda istintaqa cəlb edilib, vergi və ədliyyənin yoxlamları başlayıb.
Bütun bunlar göstərir ki, hakmiyyət özünün 3-ci rəqblərini tam siradan cixarlmasına nail olub. Artıq azərbaycanda müstəqil QHT sektoru yoxdur. Bəziləri ölkəni tərk etdi, canını qurtarmağı tərcih etdi. Yerdə qalanlar isə Gongo-lar və susanlardır. Belə olmasaydı bu gün İntiqam Əliyev, Qubad İbadoğlu, Emin Hüseynov, Elçin Abdullayev, Ənnağı Hacıbəyli, Leyla Əliyeva və sair kimi tanınmış şəxslər bu təzyiqlərə bir bəyanatla cavab verməklə kifayətlənməzdilər.
“Dərin narahatçılıq” keçirənlər
Bütün bu baş verənləri isə səfirliklər və Beynəlxalq təşkilatlar sadəcə müşahidə edir. Əzilən QHT sektoru demokratiya carçılarının gözü önündəcə can verir. Onlarsa özlərini sığortlamaqla məşğuldurlar. Son müsabiqələrdə donorlar artiq Qrantların əhəmiyyətli hissəsin hökümətə yaxin olan QHT-lərə verir. Yəqin ki, bu daha rahat və poblmesizdir. Yoxsa bütün bu baş verənlərə daha sərt reaksiya olardı. Amma tam əksinə hökümətin yuksək çinli məmurları ABŞ və onun donorlarini saxtaklrıqda ittiham edir.. Amerika dövlətinin ciddi reaskiyasi yoxdur. ATƏT ölkədə tamamən funksiyaların itirir, Avropa göz yumur. Və yaxudda QHT lərə hücumla bağlı bir nüansı qeyd edim. USAİD-in pulunun Amerika xalqından olduğunu hər kəs bildiyi halda və bu vəsaitin ölkəyə gələn hər qəpiyi haqqında Respublika Humanitar Kommisiyasına və şəxsən Əli Həsənova rəsmi məlumat verilməsinə baxmayaraq, bu gün Baş Prokurorluq bu vəsaitə “cinayət yolu ilə əldə olunmuş vəsait” deməkdədir. Amerika rəsmiləri yenə susur.
Bütün bunlar nəyin göstəricisidir? Qərbin Azərbaycan hökümətinin qarşısında hansı gözü kölgəli işləri var?
Yoxsa, bu mövqe – 2003-cü ildən göz önündə mərhələli şəkildə Azərbaycanda demokratiyanın qətlinə fərman verilməsi elə Qərbin öz məqsədlərinə xidmət edir?! Yoxsa bu təzyiqlər Azərbaycan hakimiyyətinə basqılar və daha çox güzəşt almaq üçün bu elə həmin demokratik dünyanın əlinə oynayan bir kart blanşdır?! … Çünki bu təzyiqlərə susmaq, ya da “narahatıq” deməklə vəziyyəti ötüşdürmək hakimiyyətin apardığı siyasətə elə dəstək vermək deməkdir. Yoxsa ABŞ və Qərb Əliyev rejiminin “Bütün maneələrin dəf edilməsi planı”na dəstək verir?!
Enerji layihələrində daha çox maddi təminatı bizim ölkənin boynuna qoymaq, Avropaya daha çox investisiya qoymaq, daha çox susdurmaq (el arasında dili gödəklik deyirlər belə vəziyyətə) üçün məsələn… Daha çox siyasi məhbus, daha çox təzyiq, daha çox güzəşt…
Suallar çoxdur. Dəqiq olan isə budur ki, Azərbaycanda siyasi paprtiyalar, müstəqil media və QHT sektrou getdi… Novbədə insanların hüquqlarıını izah edən və onun müdafiəsi üçün mubarizə aparan vəkillər dayanır!
P.S. Yazı hazırlanarkən Azərbaycanda tanınmış hüquq müdafiəçisi Rəsul Cəfərov həbs olundu və haqqında 3 ay həbs qəti imkan tədbiri seçildi. Aldığım məlumata görə tanınmış hüquq müdafiəçisi İntiqam Əliyevin ofisində də axtarış aparılıb. Məncə əlavə şərhə ehtiyac yoxdur.
Dəyişikliklər
22 iyun 2001-ci il tarixli 157-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 9, maddə 576)
5 oktyabr 2001-ci il tarixli 182-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə 675)
3 dekabr 2002-ci il tarixli 398-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 1, maddə 16)
4 mart 2005-ci il tarixli 856-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 4, maddə 278)
10 iyun 2005-ci il tarixli 925-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 8, maddə 684)
28 oktyabr 2005-ci il tarixli 1041 nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 noyabr 2005-ci il)
1 oktyabr 2007-ci il tarixli 424-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1049)
9 oktyabr 2007-ci il tarixli 430-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1053)
13 iyun 2008-ci il tarixli 649-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 27 avqust 2008-ci il, № 190, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 699)
30 iyun 2009-cu il tarixli 856-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu
Aynur İmranova